Si Cinpin: "Çin və Qazaxıstan bir sıra sahələrdə əməkdaşlığı genişləndirə bilər"

2024/07/1719901142.jpg
Oxunub: 170     10:15     02 İyul 2024    
Çin və Qazaxıstan enerji, kənd təsərrüfatı, investisiya və faydalı qazıntılar sahələrində əməkdaşlığı genişləndirə bilər.

Ordu.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə iyulun 2-4-də Qazaxıstana dövlət səfəri edəcək Çin Sədri Si Cinpinin “Çin və Qazaxıstan: yeni üfüqlərə ortaq istək” adlı məqaləsində qeyd edilib.

“Çin və Qazaxıstan iqtisadiyyatları strukturlarına görə bir-birini tamamlayır və qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük perspektivlərə malikdir. Qazaxıstanın iqtisadi kursunun təşviqi ilə “Bir kəmər, bir yol” təşəbbüsünün birgə həyata keçirilməsi arasında əlaqəni gücləndirəcək və Çinin inkişaf imkanlarından birgə istifadə etmək üçün Qazaxıstan mallarının nəhəng Çin bazarına çıxışını genişləndirəcəyik. Ticarət-iqtisadiyyat, sənaye, investisiya, enerji, faydalı qazıntılar və kənd təsərrüfatı kimi ənənəvi sahələrdə əməkdaşlığı genişləndirmək lazımdır”, - məqalədə vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Qazaxıstan  


Bizi "telegram"da izləyin