Azərbaycan Polisi 106 yaşında

2024/07/1719896636.jpg
Oxunub: 157     00:33     02 İyul 2024    
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan polisinin yaradılmasının 106 illiyi münasibətilə videoçarx təqdim edib.

Ordu.az xəbər verir ki, videoçarxla bağlı paylaşımda bu sözlər yer alıb:

"Var gücümüzlə xalqımızın təhlükəsizliyinin keşiyində, cinayətkarların qarşısındayıq!"

Qeyd edək ki, iyulun 2-si Azərbaycanda Polis Günüdür.

Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Videoçarxı təqdim edirik:


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Polis-Günü  


Bizi "telegram"da izləyin