Şimali Koreya yeni taktiki ballistik raketi sınaqdan keçirib

2024/07/1719896971.jpg
Oxunub: 148     03:35     02 İyul 2024    
Şimali Koreya yeni taktiki ballistik raketi sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

4,5 tonluq, böyük döyüş başlığı daşıya bilən yeni taktiki ballistik raket “Hwasongpo-11" adlanır.

Raketin sınaq buraxılışı maksimum 500 km və minimum 90 km məsafədə həyata keçirilib.

Bundan əlavə, agentlik iyul ayı ərzində raketin buraxılış sınaqlarını davam etdirəcəyini bildirib.

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi iyulun 1-də KXDR-in Yapon dənizinə doğru iki ballistik raket atdığını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ŞimaliKoreya   Raket  


Bizi "telegram"da izləyin