ABŞ rəsmiləri İsrailin “Hizbullah”a müdaxiləsinin Rusiyanı da işə qarışdıra biləcəyindən ehtiyat edirlər

2024/07/2024--1719822547.jpg
Oxunub: 237     17:28     01 İyul 2024    
ABŞ kəşfiyyatı iddia edib ki, Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanından Yəməndəki husiləri qanadlı raketlərlə silahlandırmaq üçün icazə istəyib.

Ordu.az xəbər verir ki, ABŞ müdafiə və kəşfiyyat rəsmiləri İsrailin Livana müdaxiləsinin İranın regiondakı müttəfiqlərini daha da qızışdıra və Tehranın Rusiya ilə hərbi əməkdaşlığını gücləndirə biləcəyindən narahatdırlar.

“Middle East Eye”a danışan hazırkı və keçmiş ABŞ rəsmilərinin “Hizbullah”a qarşı İsrail quru hücumunun ikinci və üçüncü dərəcəli təsirləri olaraq müəyyənləşdirdikləri qorxular ABŞ kəşfiyyatının Rusiyanın İranın “Müqavimət oxu”na dəstəyini artırmağı nəzərdən keçirdiyini iddia etməsindən qaynaqlanır.

Yüksək dərəcəli ABŞ rəsmisi MEE-yə verdiyi açıqlamada Putinin Yəməndəki husi qiyamçılarına gəmi əleyhinə ballistik qanadlı raketlər verməyi nəzərdən keçirdiyini deyib.

Bu fikir daha öncə görünməmiş bir şey deyil. Noyabr ayında “Wall Street Journal” qəzeti Rusiyanın özəl hərbi kompaniyası olan “Vaqner” qrupunun Livandakı “Hizbullah”a Rusiya istehsalı hava hücumundan müdafiə sistemi verməyi planlaşdırdığını yazmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin