Erməni politoloq: “Hakimiyyət nümayədələrinin etdikləri Ermənistan üçün çox ağır nəticələrə səbəb ola biləcək avantüradır”

2024/06/1719650116.jpg
Oxunub: 218     16:10     01 İyul 2024    
“Məqsəd Ermənistanı ukraynalaşdırmaqdır, alət rolunu oynayırlar, bu avronikollar (Nikol Paşinyanın tərəfdarlarını nəzərdə tutur - red.) anti-Rusiya əhval-ruhiyyəsi yaratmalıdırlar”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq, “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants deyib.

Surenyants qeyd edib ki, Ermənistan hakimiyyətinin nümayədələrinin etdikləri Ermənistan üçün çox ağır nəticələrə səbəb ola biləcək avantüradır.

“İnsanlar səhvən fikirləşirlər ki, Nikol Paşinyan nəyin bahasına olursa-olsun sülh gündəminə can atan şəxsdir. Onun beynində bir ideya, bir ideya düzəlişi var: “Ermənistanı Rusiyanın caynağından azad etmək”. Bu, Paşinyanın hakimiyyətdə qalmasının yeganə variantıdır. Paşinyan ən mühüm məsələdə rusların “qırmızı xətti”ni keçdi”, - deyə o bildirib.

Surenyants əlavə edib ki, Ermpsixiatriya xəstəxanalarını bağlamaq lazımdır, bütün dəlilər hökumətin elitasındadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət   Xaos  


Bizi "telegram"da izləyin