Estoniyanın gözü “Yörük” 4X4 tədarükündədir

2024/07/YORUK-1719816406.jpg
Oxunub: 344     15:46     01 İyul 2024    
Estoniya Prezidenti Alar Karis Türkiyənin müdafiə sənayesinin aparıcı zirehli quru platforması istehsalçılarından biri olan “Nurol Makina”da olub.

Ordu.az xəbər verir ki, Karis və onu müşayiət edən nümayəndə heyətini “Nurol Makina” müəssisələrində Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şeker, “Nurol Holding” İdarə Heyətinin sədr müavini Oğuz Çarmıklı, “Nurol Holding” İdarə Heyətinin üzvü Gürol Çarmıklı və “Nurol Makina” baş direktoru Engin Aykol qarşılayıb.

Səfərdə Estoniyanın Ankara səfiri Vaino Reinart və Türkiyənin Tallindəki səfiri Başak Türkoğlu da iştirak ediblər.

Karis obyektləri gəzərək, Estoniya üçün istehsal olunan “Yörük” 4X4 (beynəlxalq bazarda NMS 4X4 kimi tanınır) başda olmaqla, hərbi vasitələri incələyib və məlumat alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Yörük   4X4  


Bizi "telegram"da izləyin