Prezidentin yüksək vəzifəyə təyin etdiyi Bəşir Hacıyev kimdir? - DOSYE

2024/07/besir-1719836958.jpg
Oxunub: 233     16:05     01 İyul 2024    
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Ordu.az xəbər verir ki, 1979-cu ildə anadan olan Bəşir Hacıyev 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub.

Qeyd edək ki, Bəşir Hacıyev bu vəzifəyə qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəşir-Hacıyev   Təyinat  


Bizi "telegram"da izləyin