Erməni iqtisadçı: “Hansısa sehrli çubuqla Avrasiya bazarını Avropa bazarına dəyişməyin mümkün olacağını gözləmək nağıldır”

2024/06/1719650039.jpg
Oxunub: 196     14:47     01 İyul 2024    
“Ermənistan iki iqtisadi ittifaqda ola bilməz”.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı Hayk Farmanyan deyib.

Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) yolunu seçib ki, bu da sırf Ermənistan iqtisadiyyatının maraqlarına uyğundur, bunu iqtisadi göstəricilər də göstərir.

“Bundan əlavə, Ermənistanın malik olduğu məhsullar yalnız postsovet ölkələrində, əsasən də Rusiyada satılır. Bizdə kənd təsərrüfatı məhsulları, konyak, termos, konservləşdirilmiş kənd təsərrüfatı məhsulları var, bunlara Avropa bazarında tələbat yoxdur”, - deyə Farmanyan qeyd edib.

Farmanyan bildirib ki, Avropa standartları çox sərtdir və hansısa sehrli çubuqla Avrasiya bazarını Avropa bazarına dəyişməyin mümkün olacağını gözləmək nağıldır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB  


Bizi "telegram"da izləyin