Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, keçmiş baş hərbi inspektor, general-polkovnik Movses Hakopyan deyib.
Onun sözlərinə görə, ölkənin təhlükəsizliyini ölkənin siyasi hakimiyyəti və ölkənin Silahlı Qüvvələri təmin edir.
“Qalan hər şey - mövqe, bunker, sərhəd postu ilə bağlı, xüsusən də Azərbaycan məsələsində heç nə etmir. Bütün bunlar ancaq hakimiyyətin və Silahlı Qüvvələrin təhlükəsizliyinin təmin olunması məsələsində kömək edir”, - deyə Hakopyan qeyd edib.
Hakopyan bildirib ki, bu gün Tavusda nə baş verdiyi hər kəsə aydındır, ona görə də sülhdən söhbət gedə bilməz.
Alpər Mövludoğlu
Ordu.az