Baş katib: "KTMT NATO-nun addımlarını diqqətlə izləyir"

2024/07/66829-1719835192.jpg
Oxunub: 196     15:55     01 İyul 2024    
Hazırda hərbi potensialının gücləndirilməsi nəzərdən keçirilməsə də, NATO-nun addımları tərəfimizdən diqqətlə izlənilir.

Ordu.az-ın “gazeta.ru”ya istinadən xəbərinə görə, bunu Kollektiv Təhlükəsizlik Şurasının Baş katibi İmanqali Tasmaqambetov deyib.

O bildirib ki, hazırda təşkilata üzv dövlətlər şəxsi heyət və mövcud resursların modernləşdirilməsi üzrə işlər davam edir:

"Prinsip etibarilə həm rəhbəri olduğum təşkilat və ona üzv dövlətlər əməkdaşlıq imkanlarını, eləcə də bu və ya digər ölkələrin suverenliyini məhdudlaşdıran blok xarakterli platformaların əleyhinədir. Onu da bildirmək istəyirəm ki, KTMT-nin fəaliyyəti hansısa ölkə və ya təşkilatla qarşıdurma məqsədi daşımır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   NATO  


Bizi "telegram"da izləyin