Almaniya daha 2 ədəd IRIS-T HHM sistemini Ukraynaya təhvil verib

2024/07/m0201-1719821896.jpg
Oxunub: 232     14:39     01 İyul 2024    
Almaniya Müdafiə Nazirliyi daha 2 ədəd IRIS-T Hava Hücumundan Müdafiə (HHM) sisteminin Ukraynaya çatdırıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu çərçivədə 1 ədəd IRIS-T SLS alçaq hündürlükdə HHM sistemi və 1 ədəd IRIS-T SLM orta hündürlükdə HHM sistemi təhvil verilib.

Bundan əvvəl Almaniya Ukraynaya 3 ədəd IRIS-T SLM orta hündürlükdə HHM sistemi və 1 ədəd IRIS-T SLS aşağı hündürlükdə HHM sistemi tədarük edib.

Bu tədarüklərlə 2022-ci ilin fevralında başlayan Ukrayna-Rusiya müharibəsində Ukrayna tərəfini gücləndirmək hədəflənir.

Qeyd edək ki, Almaniya bu günə qədər Ukraynaya təxmin edilən dəyişdirmə xərcləri əsasında təxminən 5,2 milyard avro dəyərində hərbi texnika və döyüş maşınları tədarük edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   IRIS-T   HHM  


Bizi "telegram"da izləyin