Ermənistanın Türkiyə ilə sərhəddə yaşayan sakinləri sərhədlərin açılmasına qarşıdırlar

2025/02/2025--1740034928.jpg
Oxunub: 529     10:54     22 Fevral 2025    
“Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara yaşayış məntəqəsinin sakinləri sərhədin açılmasının təhlükəli olduğunu bildirərək, bunun əleyhinədirlər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Daha öncə diplomatik mənbə nəşrə bildirib ki, Ermənistan-Türkiyə sərhədi martın əvvəlində açıla bilər.

“Mən 52 ildir bu kənddə, bu evdə yaşayıram, evimizin qapısı gecə-gündüz açıqdır, amma sərhəd açılsa, bu qədər əmin ola bilməyəcəm. Həmin vaxt artıq qapılar bağlanacaq, nə bilim ki, kim gəlir, kimlərdir, nələrdir?”, - deyə Marqara sakini Haykaram Abrahamyan qeyd edib.

Sakin Yenok Xaçatryan sual verib ki, sərhədin açılmasında məqsəd nədir? “Azərbaycan o tərəfdən təzyiq edir, bu tərəfdən də təzyiq edəcək. Bunun mənası nədir? Tutaq ki, açdılar, xeyrindən çox ziyanı olacaq. Rus sərhədi tərk etsə, vəziyyətimiz daha da pisləşəcək”, - deyə o vurğulayıb.

Marqara sakini Azatuhi Avetisyan da sərhədin açılmasını istəmədiyini deyib: “İndi pis-yaxşı rus bizi saxlayır, arxayınıq. Bunun bizə zərərdən başqa heç bir faydası yoxdur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marqara   Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin