ABŞ İran əleyhinə əməliyyata təxminən 50 milyard dollar xərcləyib

2026/05/1777614365.jpg
Oxunub: 324     09:44     01 May 2026    
ABŞ-nin İran əleyhinə həyata keçirdiyi əməliyyatın real dəyəri demək olar ki, 50 milyard dollara çatır ki, bu da Pentaqonun açıq qiymətləndirməsindən təxminən iki dəfə çoxdur.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı daxili qiymətləndirmələrlə tanış olan amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Çərşənbə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı Pentaqon nümayəndələri “Epik Qəzəb” əməliyyatının dəyərini təxminən 25 milyard dollar səviyyəsində qiymətləndiriblər və bu məbləğə yalnız sursat xərcləri daxildir, mənbələr qeyd edir.

Onların sözlərinə görə, müharibə naziri Pit Heqset və Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bu həftə qanunvericilər qarşısında çıxış edərək Pentaqonun 1,5 trilyon dollarlıq büdcə sorğusunu müdafiə edərkən, daxili qiymətləndirmələrlə tanış olan amerikalı rəsmilər hesablayıblar ki, hazırda hərbi əməliyyatın dəyəri təxminən 50 milyard dollara yaxınlaşır.

Bu məbləğ yalnız istifadə olunmuş sursatların dəyərini deyil, həm də zədələnmiş və ya məhv edilmiş hərbi texnika və müxtəlif obyektlərdən yaranan itkiləri də əhatə edir.

Pentaqonun maliyyə nəzarətçisinin vəzifələrini icra edən Jyul Herst cümə axşamı Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib ki, dəyən ziyanların və regionda obyektlərin bərpası xərclərinin qiymətləndirilməsi hələlik çətindir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin