ABŞ-nin kəşfiyyat PUA-sı Fars körfəzi səmasında zədələnib

2026/05/1777614177.jpg
Oxunub: 317     09:32     01 May 2026    
ABŞ Hərbi-Dəniz Qüvvələrinin MQ-4C “Triton” strateji kəşfiyyat pilotsuz uçuş aparatı Fars körfəzi səmasında zədələnib.

Ordu.az xəbər verir ki, bu barədə mayın 1-də “X” sosial şəbəkəsində “Military Air Tracking Alliance” (MATA) aviasiya resursu məlumat yayıb.

Qeyd olunur ki, pilotsuz uçuş aparatı İordaniyanın “Müvəffəq Salti” aviabazasından havaya qalxıb.

Bununla yanaşı, o, Fars körfəzinin cənub hissəsində, Qətər yaxınlığında zədələnib.

ABŞ daha əvvəl də oxşar pilotsuz uçuş aparatının itkisini aprelin 15-də etiraf etmişdi. Pilotsuz uçuş aparatının düşdüyü koordinatlar təhlükəsizlik mülahizələrinə görə açıqlanmır. Qeyd olunur ki, MQ-4C pilotsuz uçuş aparatının dəyəri demək olar ki, 240 milyon dollardır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin