“Bloomberg”: CENTCOM “Dark Eagle” hipersəs raketlərini İrana qarşı istifadə etmək üçün istəyib

2026/04/1776755797.jpg
Oxunub: 338     09:05     01 May 2026    
ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) hipersəs “Dark Eagle” raketlərinin İrana qarşı mümkün istifadə məqsədilə Yaxın Şərqə göndərilməsi üçün sorğu təqdim edib. Əgər sorğu təsdiqlənərsə, bu, Vaşinqtonun belə texnologiyanı ilk dəfə tətbiq etməsi olacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

ABŞ-nin Mərkəzi Komandanlığının sorğusu İranın öz raket qurğularını ABŞ ordusunun yüksək dəqiqlikli zərbə raketlərinin əlçatanlıq zonasından çıxarmasından sonra edilib. Bu barədə agentliyə sorğu ilə birbaşa tanış olan mənbə bildirib.

Mənbə əlavə edib ki, CENTCOM-un sorğusu hələ də müzakirə mərhələsindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   Dark-Eagle  


Bizi "telegram"da izləyin