EUCOM: Avropada təxminən 80 min amerikalı hərbçi yerləşdirilib

2025/05/thumb-1747458021.jpg
Oxunub: 524     09:02     01 May 2026    
Hazırda Avropada təxminən 80 min amerikalı hərbçi yerləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının (EUCOM) nümayəndəsi bildirib.

Onun sözlərinə görə, təxminən 38 min amerikalı hərbçi daimi və rotasiya əsasında Almaniyada yerləşir.

EUCOM nümayəndəsi əlavə edib ki, qoşunların sayı və strukturu daim dəyişir. Almaniya ərazisində hərbçilər “Visbaden, Reynland-Pfalts, Ştutqart və Bavariya kimi nöqtələrdə” yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa   Qoşun  


Bizi "telegram"da izləyin