ABŞ-nin Hərbi-Dəniz Qüvvələri blokada zamanı İranla əlaqəli 44 ticarət gəmisini saxlayıb

2026/04/1776778894.jpg
Oxunub: 622     05:44     01 May 2026    
Blokadanın başlanmasından etibarən ABŞ-nin Hərbi-Dəniz Qüvvələri İranla əlaqəli, İran limanlarından çıxan və ya onlara doğru hərəkət edən 44 ticarət gəmisini saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

“Bu günədək 44 ticarət gəmisinə istiqaməti dəyişmək və ya limana qayıtmaq göstərişi verilib”, - deyə məlumatda bildirilir.

Daha əvvəl CENTCOM-un rəhbəri, admiral Bred Kuper bildirmişdi ki, blokadanın başlanmasından etibarən ABŞ-nin Hərbi-Dəniz Qüvvələri, xüsusilə, ümumilikdə 69 milyon barel neft olan 41 tankeri saxlayıb.

“Hazırda İran rejimi 41 tankerin daşıdığı 69 milyon barel nefti sata bilmir. Bu, 6 milyard dollardan çox vəsaitdir və İran rəhbərliyi ondan öz maliyyə maraqları üçün istifadə edə bilməyəcək”, - deyə admiral qeyd edib.

O vurğulayıb ki, “blokada çox effektivdir və Amerika qoşunları onun tam şəkildə qorunmasını təmin etməkdə qətiyyətli olaraq qalır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   CENTCOM   İran  


Bizi "telegram"da izləyin