NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir

2026/02/1770745843.jpg
Oxunub: 287     05:10     01 May 2026    
NATO ölkələri Almaniyadakı ABŞ hərbi kontingentinin azaldılması məsələsini müzakirə etmir.

Ordu.az-ın məlumatına görə, bu barədə “The Daily Telegraph” alyansdakı mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, NATO-nun əsas qərarverici orqanı olan Şimali Atlantika Şurasında bu mövzu gündəmdə deyil və nə Berlin, nə də Vaşinqton belə bir addımla bağlı rəsmi siqnal verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 29-da Almaniyada yerləşən qoşunların sayının azaldılması ehtimalını istisna etməyib. Qəzetin məlumatına görə, bu bəyanat Almaniya Kansleri Fridrix Mertsin açıqlamalarına cavab olaraq səsləndirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   ABŞ  


Bizi "telegram"da izləyin