Ordu.az xəbər verir ki, bu barədə “Junge Welt” (JW) qəzeti məlumat yayıb.
“BƏƏ-nin OPEC-dən çıxması səbəbindən Ərəbistan yarımadasında gərginlik artır. Əsas səbəb BƏƏ və Səudiyyə Ərəbistanı arasındakı fikir ayrılıqlarıdır. Əbu-Dabi gələcəkdə daha çox neft satmaq istəyir və hesab edir ki, əsasən Ər-Riyadın müəyyən etdiyi OPEC kvotaları onu həddən artıq məhdudlaşdırır”, - deyə materialda bildirilir.
Qeyd olunur ki, ölkələr arasındakı münasibətlərdə neft hasilatı ətrafındakı mübahisədən başqa, siyasi fikir ayrılıqlarının yeni mərhələsi də başlayıb.
“Səbəb odur ki, Əmirliklər bir sıra məsələlərdə Səudiyyə Ərəbistanının maraqlarına zidd olan müstəqil xarici siyasət yürütməyə başlayıb”, - deyə nəşr dəqiqləşdirir.
Sevinc Əliyeva
Ordu.az