Meksika və Avropa İttifaqı mayın 22-də strateji tərəfdaşlıq sazişi imzalayacaq

2026/03/1773647283.jpg
Oxunub: 359     06:40     01 May 2026    
Meksika və Avropa İttifaqı mayın 22-də Meksikanın paytaxtında keçiriləcək VIII ikitərəfli sammit çərçivəsində strateji tərəfdaşlıq sazişi və aralıq ticarət sazişi imzalayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə ölkə prezidenti Klaudia Şeynbaum və Avropa Şurasının prezidenti Antonio Koştanın telefon danışığının nəticələrinə əsasən bildirilib.

Sənəddə qeyd olunur ki, sammitin əsas nəticələrindən biri “Meksika və Avropa İttifaqı arasında siyasi, iqtisadi və əməkdaşlıq sahələrində strateji tərəfdaşlıq haqqında sazişin” (yenilənmiş qlobal sazişin), həmçinin aralıq ticarət sazişinin imzalanması olacaq”.

Bəyanatda vurğulanır ki, yeni saziş 25 il əvvəl müəyyən edilmiş siyasi, əməkdaşlıq və iqtisadi münasibətlərin mövcud çərçivələrini yeniləyəcək və dərinləşdirəcək. “Hərtərəfli xarakter daşıyan bu saziş hər iki tərəfin davamlı inkişafı naminə bütün sahələrdə münasibətləri möhkəmləndirəcək və strateji sektorlar üzrə daha dərin əməkdaşlıq üçün əsas yaradacaq”, - deyə mətnində qeyd olunub.

Avropa İttifaqını görüşdə Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen təmsil edəcək, onların Meksikadakı iş proqramı mayın 21-də başlayacaq. Şeynbaum və Koşta razılaşıblar ki, qarşıdakı sammit “ikitərəfli münasibətlərdə həlledici mərhələ olacaq və Meksika ilə Brüssel arasında strateji tərəfdaşlığın yeni mərhələsini möhkəmləndirməyə imkan verəcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika    


Bizi "telegram"da izləyin