BƏƏ İran, Livan və İraqa səfərlərə qadağa elan edib

2025/02/1739719415.jpg
Oxunub: 484     04:38     01 May 2026    
Birləşmiş Ərəb Əmirlikləri cümə axşamı İran, Livan və İraqa səfərlərə qadağa elan edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Regionda baş verən cari hadisələr fonunda Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının İran İslam Respublikasına, Livan Respublikasına və İraq Respublikasına səfərlərinə qadağa elan edir”, - deyə BƏƏ XİN-in bəyanatında bildirilir.

Nazirlik “hazırda həmin ölkələrdə olan” vətəndaşları dərhal onları tərk etməyə və “ilk mümkün fürsətdə” BƏƏ-yə qayıtmağa çağırıb, hökumətin “xaricdə olan vətəndaşlarının rifahını izləmək və onların təhlükəsizliyini təmin etmək” öhdəliyinə istinad edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   İran   İraq   Livan  


Bizi "telegram"da izləyin