BMT İran üzrə qaçqınlara ərzaq və pul yardımı edir

2026/05/1777610847.jpg
Oxunub: 298     03:18     01 May 2026    
BMT-nin Dünya Qida Proqramı çərçivəsində İran üzrə qaçqınlara yardım göstərilir.

Ordu.az xəbər verir ki, bu barədə məlumat BMT-nin "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Dünya Qida Proqramı İranda həyati əhəmiyyətli ərzaq və pul yardımı təmin edərək bütün ölkə üzrə qaçqınlara dəstək göstərməyə davam edir", - paylaşımda bildirilib.

Qeyd edilib ki, əhalinin davam edən yerdəyişməsi səbəbindən humanitar vəziyyət pisləşdikcə, BMT əməkdaşları ailələrə əsas qida ehtiyaclarını qarşılamaqda kömək etmək üçün cavab tədbirləri üzrə səylərini genişləndirirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   İran  


Bizi "telegram"da izləyin