ABŞ Nümayəndələr Palatası DHS agentliklərinin “şatdaun”unun dayandırılmasını təsdiqləyib

2026/05/1777580871.jpg
Oxunub: 481     00:24     01 May 2026    
ABŞ Nümayəndələr Palatası cümə axşamı Senat tərəfindən qəbul edilmiş qanun layihəsini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

bu qanun layihəsi Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) fəaliyyətinin böyük hissəsinin maliyyələşdirilməsinə imkan verəcək və bu iri federal qurumun fəaliyyətində rekord sayılan 75 günlük fasiləyə son qoyacaq.

Prezident Donald Tramp qanunvericiləri qanun layihəsini qəbul etməyə çağırıb və onu imzalayacağını vəd edib.

Gömrük və Sərhəd Mühafizəsi Xidməti (ICE) “şatdaun” dövründə də maliyyə alıb və respublikaçılar yaxın həftələrdə onların maliyyələşdirilməsini Trampın prezidentlik müddətinin sonuna qədər qorumağa çalışacaqlar.

Nümayəndələr Palatasının qərarı qısa müddət ərzində qəbul edilib. Daxili Təhlükəsizlik naziri Markueyn Mallin qanunvericiləri xəbərdar etmişdi ki, əgər onlar cümə axşamına qədər maliyyələşdirməni təsdiqləməsələr, fövqəladə maliyyə dayandırılacaq və minlərlə əməkdaş əməkhaqqı ala bilməyəcək.

Uğurlu səsvermə Nümayəndələr Palatası və Senat qanunvericilərinin cümə axşamı gününün sonunda bir həftəlik fasiləyə çıxmasından əvvəl baş tutub.

Tramp maliyyələşdirmə qanun layihəsini imzaladıqdan sonra Daxili Təhlükəsizlik Nazirliyinin Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi, Sahil Mühafizəsi, Nəqliyyat Təhlükəsizliyi Administrasiyası və Gizli Xidmət kimi qurumları sentyabrın 30-na qədər maliyyələşdiriləcək.

Demokratlar Daxili Təhlükəsizlik Nazirliyini fevralın 14-də fəaliyyətini dayandırmağa məcbur etmişdilər, çünki respublikaçılar Tramp administrasiyasının miqrasiya nəzarəti taktikasında islahatlar aparılması ilə bağlı onların tələblərini, o cümlədən məcburi kamera istifadəsi və xüsusi obyektlərdə, xüsusilə məktəblərdə və xəstəxanalarda reydlərin məhdudlaşdırılmasını rədd etmişdilər.

Martın sonunda Senat ICE və sərhəd xidməti istisna olmaqla, Daxili Təhlükəsizlik Nazirliyinin əksər agentliklərinin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini yekdilliklə qəbul etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Nümayəndələr-Palatası   DHS  


Bizi "telegram"da izləyin