Livanın Zebdin şəhərində İsrail hücumu nəticəsində 6 nəfər həlak olub

2026/04/1777485624.jpg
Oxunub: 665     23:36     30 Aprel 2026    
Livanın cənubunda, bu dəfə Zebdin şəhərində növbəti İsrail hücumu baş verib.

Ordu.az xəbər verir ki, bu barədə NNA məlumat yayıb.

Agentliyin məlumatına görə, şəhər qəbiristanlığı yaxınlığında pilotsuz uçuş aparatının zərbəsi nəticəsində altı nəfər həlak olub.

NNA qeyd edir ki, başqa bir ərazidə, Dibbin şəhərində İsrail hücumu nəticəsində iki nəfər yaralanıb.

Son məlumatlara görə, bu gün Livanda İsrail hücumları nəticəsində həlak olanların ümumi sayı ən azı 23 nəfərə çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail   Zebdin  


Bizi "telegram"da izləyin