Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
ABŞ müharibə naziri giriş nitqində “düşüncəsiz skeptikləri” tənqid edib.
“Dünən dedim və bu gün də təkrar edirəm: hazırda üzləşdiyimiz ən böyük rəqib Konqresdəki demokratların və bəzi respublikaçıların düşüncəsiz skeptisizmi və məğlubiyyətçi bəyanatlarıdır”, - deyə o, Senat komitəsinə müraciət edərkən bildirib.
Donald Trampın büdcə sorğusunu müdafiə edən Heqset qeyd edib ki, prezident “ABŞ-nin əvvəlki illərdə apardığı siyasət nəticəsində zəifləyən, bu isə güc nümayiş etdirmək imkanlarının azalmasına gətirib çıxaran hərbi-sənaye bazasını miras alıb”.
Öz növbəsində, general Den Keyn bildirib ki, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kimi onun vəzifəsi “ölkə üçün ən çətin qərarların qəbul edilməsi üçün zəruri olan geniş hərbi imkanlar spektri və onlarla bağlı risklər barədə mülki rəhbərliyin məlumatlı olmasını təmin etməkdir”.
Sevinc Əliyeva
Ordu.az