Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Erməni katolikos çıxışında bildirib ki, Ermənistanda kilsə hakimiyyət nümayəndələri tərəfindən hədəfə alınıb.
“Bu gün arzuolunmaz bir vəziyyətlə üz-üzəyik, belə ki, doğma ölkəmizdə kilsə hakimiyyət nümayəndələri tərəfindən hədəfə alınıb. Son bir ildə görünməmiş təzyiqlərin şahidi olmuşuq: yepiskopların qanunsuz həbsləri, ruhani xidmətin həyata keçirilməsinə yönəlmiş süni maneələr, qədim monastır və kilsələrimizin ələ keçirilməsi cəhdləri.
Hakimiyyətin açıq himayəsi ilə Masyatsotn yeparxiyasının rəhbəri vəzifəsindən azad edilmiş və rütbədən salınmış şəxs yeparxiya rəhbərliyinin binasını işğal altında saxlamaqda davam edir və məhkəmənin, habelə məhkəmə qərarlarının icrasını təmin edən xidmətin qanunsuz qərarları ilə dünyəvi statusla yeparxiya rəhbəri kimi fəaliyyət göstərir.
Bir neçə gün əvvəl biz növbəti anti-konstitusion addımın da şahidi olduq, belə ki, hakim siyasi qüvvə öz seçki proqramına Erməni Apostol Kilsəsinə dair rədd edilən müddəaları daxil etdi. Bütün bunlar, yaxşı bildiyiniz kimi, saxta ittihamlar, dözümsüzlüyün qızışdırılması və açıq təhdidlərlə müşayiət olunur”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az