Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Erməni sakin Davit Nikoğosyan Paşinyana təlim toplanışları ilə bağlı qanundan şikayət edib.
“Mən müharibə iştirakçısıyam, məni təlim toplanışına çağırıblar, tibbi müayinədən keçmişəm, lakin müəyyən səbəblərdən həmin vaxt gedə bilməmişəm, sonra getmişəm, təlim toplanışında iştirak etmişəm və indi məni mühakimə edirlər. Yəni həm iştirak etmişəm, həm də hazırda məni həbs edə bilərlər. Bu sizin yazdığınız qanundur, nə əvvəlki var, nə də indiki”, - deyə ermıni sakin bildirib.
Paşinyan ona vəziyyəti anlamaq üçün məlumatlarını köməkçisinə təqdim etməyi tövsiyə edib: “Qanun belədir ki, əgər sonradan təlim toplanışında iştirak etmisinizsə, cinayət işi dayandırılmalıdır. Biz bunu araşdıracağıq”.
Erməni sakinlə Paşinyan arasında mübahisə davam edib, kadrlarda Paşinyanın mühafizəçilərindən birinin erməni sakini əli ilə itələməyə çalışdığı, lakin Paşinyanın buna icazə vermədiyi görünür.
Alpər Mövludoğlu
Ordu.az