Ermənistanın prezident iqamətgahında növbəti PR aksiyası: Açılmış reysləri bir daha “açırlar”

2026/04/1775918647.jpg
Oxunub: 328     18:38     11 Aprel 2026    
Aprelin 9-da Ermənistan prezidenti Vahaqn Xaçaturyanın rəsmi səfərlə ölkədə olan Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevi qəbul etdiyi və görüşdə birbaşa aviareyslərin bərpası perspektivlərinin müzakirə olunduğu bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri ”Prezident iqamətgahında növbəti PR aksiyası: Açılmış reysləri bir daha “açırlar” başlıqlı kiçik məqaləsində yazıb.

Nəşrin məlumatına görə, görüş zamanı vurğulanıb ki, bu addım insanlararası təmasların aktivləşməsinə, turizmin inkişafına və işgüzar əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfə verə bilər.

Nəşr qeyd edir ki, məsələ yeni təşəbbüs kimi təqdim olunsa da, əslində bu mövzuda eyni məlumat müxtəlif formada yenidən ictimaiyyətə çatdırılır. Nəşr bildirir ki, hakimiyyət bunu insanların məlumatsızlığından istifadə edərək növbəti dəfə siyasi xal toplamaq üçün edir.

“168.am” yazır ki, artıq bir aydan çoxdur “Astana-İrəvan” və “Almatı-İrəvan” reyslərinə biletlər satışdadır.

Bundan əlavə, qeyd olunur ki, “Şirak Avia” aviaşirkəti aprelin 20-dən etibarən İrəvan-Astana uçuşlarını həyata keçirməyə başlayacaq.

Nəşr belə nəticəyə gəlir ki, əvvəlki hallarda olduğu kimi, bu dəfə də köhnə məsələ yeni nailiyyət kimi ictimaiyyətə təqdim olunur və bunu artıq 8 ildir hakimiyyətdə olan siyasi qüvvə edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaçaturyan  


Bizi "telegram"da izləyin