Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrin məlumatına görə, tərəflər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb, müxtəlif sahələrdə birgə işin vacibliyini vurğulayıblar. Diplomatlar regional problemlərə, o cümlədən “3+3” platforması çərçivəsində fəaliyyətin davam etdirilməsinə də toxunublar.
Nəşr qeyd edir ki, bu görüş Moskvada Putinlə Paşinyan arasında qalmaqallı görüşdən sonra baş tutub və həmin görüşdə Ermənistanın Rusiyadakı səfiri Qurqen Arsenyan da iştirak edib. Məqalədə bildirilir ki, əslində Qaluzin Ermənistan hakimiyyətinin davranışını və bunun mümkün nəticələrini səfirlə müzakirə edib.
“Past” yazır ki, nəticələrlə bağlı həm görüşün açıq hissəsində, həm də ayrıca söhbətdə Rusiya prezidenti artıq mesajlarını çatdırıb. Nəşrin qiymətləndirməsinə görə, Rusiya son dövrlərdə sərt vurğularla Ermənistana bir neçə dəfə xəbərdarlıq edir və səfir də erməni-rus münasibətlərində növbəti gərginliyin hansı nəticələr verə biləcəyini yaxşı anlayır.
“Qurqen Arsenyanın fəaliyyət dövründə Rusiya ilə isti münasibətlər qurmaq mümkün olmayıb. Bunun səbəbi isə səfirin şəxsiyyəti deyil, Ermənistan hakimiyyətinin davranışıdır.
Səfir rus tərəfinin narahatlıqlarını Ermənistan hakimiyyətinə çatdıracaq, lakin Paşinyan və komandasının bundan hansı nəticə çıxaracağını indidən demək çətindir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az