Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrin məlumatına görə, həmin şəxslər Ermənistanda faktiki olaraq anti-Rusiya yönümlü praktiki fəaliyyət aparırlar. Yaxın günlərdə bir sıra Baltikyanı KİV nümayəndələri və ekspertlərinin də Ermənistana gələcəyi, müxtəlif rayon hotellərində ictimai sektor və vətəndaş cəmiyyəti təmsilçiləri üçün dezinformasiya və “hibrid” təhdidlərə qarşı cəmiyyətin dayanıqlığının gücləndirilməsi adı altında xüsusi təlimlər keçirəcəyi bildirilib.
Məqalədə qeyd olunub ki, Daniel İoannisyanın “Maarifləndirilmiş Vətəndaşlar Birliyi” Baltikyanı ölkələrin təcrübəsini erməni qeyri-hökumət təşkilatlarına ötürəcək. Bu məqsədlə Ermənistana Litvanın “Delfi” media holdinqinin eksperti gələcək və saxta hesabların, eləcə də informasiya manipulyasiyalarının aşkara çıxarılması sahəsində təcrübəsini bölüşəcək.
“Past” yazır ki, “Delfi”nin eksperti yeganə şəxs deyil. Təxminən iki onlarla şəxsin Ermənistana gələcəyi, onların “hibrid” təhdidlərə qarşı mübarizə adı altında anti-Rusiya təbliğatı aparacağı və müxtəlif KİV nümayəndələrini də bu təlimlərə cəlb edəcəyi iddia olunur.
Nəşrin qiymətləndirməsinə görə, Avropa İttifaqının ayırdığı 12 milyon dollar Ermənistanda anti-Rusiya siyasətinin dərinləşdirilməsinə yönəldilən vəsaitin hamısı deyil. Bildirilir ki, Aİ-nin ayrı-ayrı ölkələri də bu istiqamətdə Ermənistana ayrıca dəstək göstərirlər.
Nəşr vurğulayıb ki, bu məsələlər Estoniyanın xarici işlər nazirinin Ermənistana son səfəri zamanı da ayrıca müzakirə olunub.
Alpər Mövludoğlu
Ordu.az