Mirzoyan ABŞ Dövlət Departamentinin bəyanatında “üçüncü ölkələr” ifadəsini izah edib

2026/01/1769603955.jpg
Oxunub: 411     15:44     10 Aprel 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi ilə bağlı bəyanatında “üçüncü ölkələr” ifadəsinin qeyd olunmasını izah edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Aprelin 10-da estoniyalı həmkarı ilə İrəvanda keçirilən birgə mətbuat konfransında Mirzoyan ABŞ bəyanatının mənası ilə bağlı suala cavab verərkən bildirib ki, qlobal proseslərin əlverişsiz olmasına baxmayaraq layihə üzrə işlər davam edir.

Erməni nazir qeyd edib ki, zəruri sənədlərin hazırlanması və təsdiqi hazırda davam edir, tərəflər müxtəlif məsələlər üzrə mövqeləri ilə bağlı davamlı şəkildə məlumat mübadiləsi aparırlar. “Biz mümkün qədər tez tikintiyə başlamağa ümid edirik. Bunun üçün bizə üçüncü tərəflər lazım olacaq. Ermənistan və ABŞ arasında razılaşma ikitərəflidir. Lakin tikinti mərhələsində üçüncü ölkələrin iştirakı, mümkündür ki, həm də sistemin idarə olunması məsələlərində tələb olunsun”, - deyə Ermənistanın xarici işlər naziri izah edib.

Onun sözlərinə görə, layihənin Çinədən Portuqaliyaya qədər bir çox ölkələrin maraqlarına uyğun olduğu sirr deyil, birbaşa qonşular istisna deyil.

Erməni nazir xatırladıb ki, “Tramp yolu” layihəsi bir tərəfdən Azərbaycanda, digər tərəfdən isə Naxçıvanda başa çatır, lakin onun məntiqi davamı Ermənistan dəmir yollarının Arazdəyən vasitəsilə Qars-Gümrü xətti ilə Türkiyə yollarına birləşdirilməsidir: “Layihə Mərkəzi Asiya ölkələrinin də marağına səbəb olub. Məsələ Qazaxıstanın xarici işlər naziri və nəqliyyat nazirinin son səfəri zamanı müzakirə edilib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin