Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransında estoniyalı nazir Ermənistanda keçiriləcək parlament seçkilərinə toxunub.
O bildirib ki, seçkilərin demokratik və şəffaf keçirilməsi çox vacibdir.
“Ermənistan ətrafında bir çox qüvvələr, o cümlədən Rusiya və digərləri var ki, azad iradə ifadəsindən məmnun deyillər”, - deyə Estoniyanın xarici işlər naziri bildirib.
Alpər Mövludoğlu
Ordu.az