Keçmiş komanda yoldaşından Paşinyana: “Sənin mənim mənəviyyatıma nə dəxlin var, mənəviyyatdan sən danışırsan? Özünə və çevrənə bax”

2025/11/1763036900.jpg
Oxunub: 316     15:25     10 Aprel 2026    
“Mən müxalif olmaq istəmirdim, mən Baş nazirin göstərişini yerinə yetirməyəndə müxalif oldum”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Hovik Ağazaryan deyib.

“Hələ o qoyun məsələsini, o 23000 dolları bir kənara qoyaq, bəs belə böyük adam, dövlət başçısı, Baş nazir, dövlət təhlükəsizliyi ilə bağlı məsələlər, komanda daxilində xəyanət… Gəlib gurultulu sözlər dedi ki, dövlət təhlükəsizliyi ilə bağlı informasiya sızması var. Bəs necə izah etmək olar ki, mən 6 ay ərzində dindirilməmişəm? Bəs dövlət təhlükəsizliyi ilə bağlı hansısa məlumatı sızdıra biləcək adamı necə azadlıqda buraxmaq olar?

Baş nazirin elə bir qabiliyyəti var ki, yarımhəqiqət danışır və onu öz istədiyi formada qablaşdırır. Dövlətə xəyanət, insan mənəviyyatı və sair deyir. Sənin mənim mənəviyyatıma nə dəxlin var, sənin mənim telefon danışıqlarıma nə dəxlin var, sənin mənim telefon söhbətlərimin məzmununa nə dəxlin var. Mənəviyyatdan sənmi nəsihət verirsən, əvvəl bir özünə bax, çevrənə bax, ondan sonra mənəviyyatdan nəsihət ver”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağazaryan   Paşinyan  


Bizi "telegram"da izləyin