Ermənistan TŞ katibi Aİ-nin Ermənistandakı missiyasının yeni təyin olunmuş rəhbəri ilə görüşüb

2026/04/1775811635.jpg
Oxunub: 335     12:36     10 Aprel 2026    
Aprelin 10-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Ermənistandakı missiyasının yeni təyin olunmuş rəhbəri Satu Koivunu qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.

Məlumata görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Ermənistanın effektiv əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin