Ordu.az xəbər verir ki, bu barədə SOS böhran qrupu məlumat yayıb.
Məlumata görə, hər iki şübhəli cinayət ittihamları ilə axtarışdadır, İminova isə eyni zamanda itkin düşmüş şəxs kimi də axtarılır.
“Bu, İminovanın dostları və ya yaxınları tərəfindən də axtarıldığını və bununla bağlı müvafiq müraciət edildiyini göstərə bilər.
İminovanın səhifələrində iki vətəndaşlıq qeyd olunub, lakin naməlum səbəblərdən Baysarovun vətəndaşlığı göstərilməyib.
Ermənistan hər iki şübhəli barəsində axtarışı hələ ötən ilin noyabrında elan edib, dekabrda isə “İnterpol”a və əməkdaşlıq üçün Rusiyaya rəsmi bildiriş göndərib. Lakin 2026-cı ilin fevral ayına olan məlumata görə, Rusiya hələ də cavab verməyib. Beynəlxalq qaydalara əsasən, ölkənin cavab verməsi üçün təxminən bir həftə vaxtı var idi.
Rusiyanın İminova və Baysarov barəsində nə vaxt axtarış elan etdiyi və onların hansı maddə ilə axtarıldığı məlum deyil.
Xatırladaq ki, Aişat Baymuradova ötən ilin oktyabrında İrəvanda qətlə yetirilib. Şübhəlilər qətl gecəsi Ermənistanı tərk edərək Rusiyaya qaçıblar”, - deyə məlumatda bildirilir.
Alpər Mövludoğlu
Ordu.az