Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

2026/04/1775791643.jpg
Oxunub: 622     07:01     10 Aprel 2026    
“İpək Yolu - Abreşumis Qza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı Saziş layihəsi bu ilin dekbarın 1-dək imzalana bilər.

Ordu.az-ın məlumatına görə, saziş layihəsi ilə bağlı işlər Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinə həvalə edilib.

Qeyd edək ki, 5 aprel 2022-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Saziş təsdiq edilib.

Sənəddə bildirilib ki, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpək Yolu” - “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşman mal və nəqliyyat vasitələri ilə bağlı sərhəd və gömrük prosedurlarının tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan  


Bizi "telegram"da izləyin