Rusiyada naməlum şəxslər məktəblilərə atəş açıblar

2025/05/1746693469.jpg
Oxunub: 393     12:21     08 May 2025    
Rusiyanın Buryatiya vilayətində naməlum şəxslər ictimai nəqliyyat dayanacağında məktəblilərə atəş açıblar.

Ordu.az xəbər verir ki, bu barədə "Ves Ulan-Ude" Telegram kanalı məlumat yayıb.

"Buryatiya kəndlərindən birində məktəblilərə pnevmatik silahdan atəş açılıb. Hadisə Kabansk rayonunun Bryansk kəndində baş verib. Xuliqanlar dayanacaqda duran uşaqlara atəş açıblar", - məlumatda qeyd olunub.

İlkin məlumata görə, atəş açanlar gimnaziyanın iki şagirdi və texnikumun bir tələbəsi olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Atışma  


Bizi "telegram"da izləyin