Şahbaz Şərif: "Suverenliyimizi və ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun qoruyacağıq"

2025/05/1746601942.jpg
Oxunub: 408     11:43     08 May 2025    
Pakistan Türkiyəyə regionda gərginliyin azaldılması və sülhün qorunması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım və bu kritik məqamda Türkiyənin Pakistanla həmrəy olduğuna və dəstəyinə görə ona təşəkkür etdim. Suverenliyimizi və ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun qoruyacağıq", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahbaz-Şərif   Pakistan  


Bizi "telegram"da izləyin