ABŞ “Red Dragon” kamikadze dronunu təqdim edib

2025/05/1746681255.jpg
Oxunub: 3100     09:41     08 May 2025    
Amerikanın “AeroVironment” şirkəti yüksək avtonom kamikadze dronu olan “Red Dragon”u ictimaiyyətə təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “The War Zone” (TWZ) nəşri məlumat yayıb.

Təqribən 45 kiloqram çəkisi olan dron ilk dəfə ABŞ-də keçirilən “SOF Week” konfransında nümayiş olunub. Elektriklə işləyən bu pilotsuz uçuş aparatı katapult vasitəsilə havaya buraxılır və “optional man-in-the-loop” konsepsiyasına əsasən idarə olunur, yəni operatorun müdaxiləsi məhduddur.

“Red Dragon” avtomatik hədəf tanıma və təsvir uyğunlaşdırılmasına əsaslanan vizual naviqasiya sistemi ilə təchiz edilib. Dron GPS siqnalı olmayan mühitlərdə də fəaliyyət göstərə bilir – bu zaman yerin müəyyənləşdirilməsi üçün lazer məsafəölçənləri, sürət və optik sensorlardan istifadə edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Red-Dragon  


Bizi "telegram"da izləyin