ABŞ B61-13 nüvə bombasının istehsalına gözləniləndən əvvəl başlayacaq

2025/05/1746681066.jpg
Oxunub: 379     02:10     08 May 2025    
ABŞ bu ilin may ayında B61-13 model yeni termonüvə bombalarının seriyalı istehsalına planlaşdırıldığından təxminən bir il əvvəl bitmiş olacaq.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyi nəzdindəki Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (MNTA) rəhbəri vəzifəsini icra edən Tereza Robbins Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı bildirib.

“MNTA ilk B61-13 nümunəsinin istehsalının bu ayın sonuna planlaşdırıldığını və bunun əvvəlki qrafikdən təxminən bir il irəli çəkildiyini gözləyir”, – deyə Robbins vurğulayıb.

O həmçinin qeyd edib ki, Trident II W88 Alteration 370 proqramı – sualtı qayıqlardan buraxılan ballistik raketlərin modernləşdirilmiş nüvə başlıqları layihəsi – ABŞ Hərbi Dəniz Qüvvələrinin tədarük cədvəlinə tam uyğun olaraq davam edir və istehsalın 2025-ci maliyyə ilinin sonuna qədər tamamlanacağı gözlənilir.

Robbins əlavə edib ki, Hərbi Hava Qüvvələrinin uzaqmənzilli qanadlı raketləri üçün nəzərdə tutulan W80-4 nüvə başlığı proqramı da qrafikə uyğun irəliləyir və ilk nümunənin 2027-ci ilin sentyabrında istehsal olunacağı planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B61-13  


Bizi "telegram"da izləyin