Aİ Moldovanın Rusiya PUA-larına qarşı HHM-ni gücləndirməyə kömək edəcək

2025/05/2025--1746609700.jpg
Oxunub: 630     10:51     08 May 2025    
Avropa İttifaqı (Aİ) Moldovanın Rusiya pilotsuz uçuş aparatlarına qarşı Hava Hücumundan Müdafiəsini (HHM) gücləndirməyə kömək edəcək.

Ordu.az xəbər verir ki, Aİ Ukraynadakı müharibənin yaratdığı regional qeyri-sabitlik fonunda Moldova Respublikasına hərbi dəstəyini artırır.

Aİ Şurası 2025-ci ilin aprelində Avropa Sülh Fondu (EPF) çərçivəsində Moldova Silahlı Qüvvələrinə 7-ci yardım paketini təsdiqləyib.

Yeni dəstək paketi 20 milyon avro dəyərindədir, Moldova üçün qısa mənzilli HHM sistemləri və raketlərinin satın alınmasını maliyyələşdirəcək.

Sözügedən qərar 2025-ci il aprelin 7-də təsdiq edilən 40 milyon avroluq 6-cı yardım paketi ilə yanaşı, ölkənin yüngül zirehli vasitələrini və HHM ilə bağlı komanda-idarəetmə sistemlərini gücləndirməyi hədəfləyən daha geniş modernləşdirmə prosesinin bir hissəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Moldova   Rusiya  


Bizi "telegram"da izləyin