Yerli sualtı minası MALAMAN layihəsində inkişaflar davam edir

2025/05/1746602836.jpg
Oxunub: 479     12:01     08 May 2025    
Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı 3 illik fəaliyyət hesabatında milli müdafiə sahəsində əldə edilən mühüm inkişafları ictimaiyyətə açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Açıqlamaya görə, MALAMAN sualtı minasının partlayış nümayişi 2024-cü il iyunun 11-də Erdek körfəzi sahillərində uğurla həyata keçirilib. Sınaq çərçivəsində yerli müdafiə sənayesi tərəfindən hazırlanan bu sistemin sualtı effektivliyi müşahidə edilib.

Açıqlamada sualtı minanın dəniz dibinin təbii quruluşuna uyğun olaraq müxtəlif xarici görünüş dəyişikliklərində istehsal edildiyi, suüstü gəmilərdən, sualtı qayıqlardan və hava platformalarından buraxılma üçün inteqrasiya işlərinin də davam etdiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Malaman  


Bizi "telegram"da izləyin