ABŞ Filippində lazer silahı sistemləri yerləşdirir

2025/05/1746602200.jpg
Oxunub: 444     11:55     08 May 2025    
ABŞ ordusu Pilotsuz Uçuş Aparatları (PUA) ilə mübarizə aparmaq üçün nəzərdə tutulmuş yüksək güclü mikrodalğa silahlarını sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ ordusunun verdiyi məlumata görə, Filippində IFPC-HPM (Integrated Fires Protection Capability – High-Powered Microwave) sınağı keçirilib.

IFPC-HPM ABŞ ordusunun PUA-lar, raketlər və artilleriya mərmiləri də daxil olmaqla, hava təhdidlərinə qarşı təbəqəli Hava Hücumundan Müdafiə (HHM) arxitekturasının bir hissəsi olaraq həyata keçirilir.

Kinetik önləyicilərdən istifadə edən ənənəvi HHM sistemlərindən fərqli olaraq, IFPC-HPM hədəfləri onların radioelektron komponentlərini pozmaq və ya məhv etmək üçün konsentratlaşdırılmış mikrodalğa siqnallardan istifadə edərək zərərsizləşdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Filippin   Lazer-silahı  


Bizi "telegram"da izləyin