Almaniya və Fransa birgə tank layihəsi üçün yeni şirkət yaradıb

2025/01/1737969293.jpg
Oxunub: 587     16:56     27 Yanvar 2025    
Almaniya və Fransa şirkətləri yeni nəsil Avropa tankı olan Əsas Quru Döyüş Sistemini (MGCS) inkişaf etdirəcək və istehsal edəcək MGCS “Project Company” adlı birgə təşəbbüsün yaradılması haqqında müqavilə imzalayıblar.

Ordu.az xəbər verir ki, bu inkişaf KNDS tərəfindən verilən açıqlamada bildirilib.

KNDS “Deutschland”, KNDS “France”, “Rheinmetall Landsysteme” və “Thales” baş ofisi Almaniyanın Köln şəhərində yerləşən MGCS “Project Company GmbH” şirkətinin yaradılması üçün səhmdarlıq müqaviləsi imzalayıb.

İmzalanma mərasimi Parisdə Fransanın müdafiə naziri Sebastyan Lekornü və Almaniyanın müdafiə naziri Boris Pistoriusun iştirakı ilə baş tutub.

Yeni şirkət xüsusilə yeni tankın yekun konsepsiyasını və onun sistemlərinin əsas texnoloji komponentlərini təsdiq etməli olacaq. Bu şirkət hər birinə 25% olmaqla, tərəflərə bərabər şəkildə aid olacaq, milli iştirak payı 50% Almaniya və 50% Fransaya məxsus olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Fransa  


Bizi "telegram"da izləyin