Qustavo Petro deportasiya olunan kolumbiyalıları daşıyan ABŞ təyyarələrini ölkəyə buraxmayacaq

2025/01/1737905458.jpg
Oxunub: 505     18:46     26 Yanvar 2025    
Kolumbiya prezidenti Qustavo Petro deportasiya edilən kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan edib.

Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“ABŞ kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşmamalıdır. Kolumbiyalı miqrantları daşıyan Şimali Amerika təyyarələrinin ərazimizə daxil olmasına icazə vermirəm. Biz miqrantları qəbul etməzdən əvvəl ABŞ-da onlara layiqli rəftar qaydaları olmalıdır, - deyə o vurğulayıb.

Xatırladaq ki, yanvarın 20-də ABŞ prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   ABŞ  


Bizi "telegram"da izləyin