KİV: İsrail hərbçiləri Cenin yaxınlığında iki yaşlı qızı güllələyiblər

2024/11/1732856593.jpg
Oxunub: 672     09:02     26 Yanvar 2025    
İsrail əsgərləri İordan çayının qərb sahilində Cenin şəhəri yaxınlığında iki yaşlı qızı güllələyiblər.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.

"İsrail əsgərləri Cenin şəhəri yaxınlığında reylər zamanı bir fələstinli uşağı güllələyiblər”, - məlumatda deyilir.

Qızın 2 yaşında olduğu qeyd edilir. O, başından aldığı güllə yarasından dünyasını dəyişib. Anası yüngül xəsarətlər alıb.

İsrail Müdafiə Qüvvələri araşdırmaya başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Cenin  


Bizi "telegram"da izləyin