Naxçıvanda yüksək dəqiqlikli yeni raket sistemləri - TRG-300 "Kaplan" (ARAŞDIRMA)

2020/05/3-1590058586.jpg
Oxunub: 4866     16:39     21 May 2020    
Bu ilin may ayının 2-də Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin "YouTube" kanalında yerləşdiridiyi videoçarxın nümayişindən sonra ilk dəfə 300 mm-lik TRG-300 "Kaplan" raketinə malik reaktiv yaylım atəşli sistemlərin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun silahlanmasına qəbul edildiyi rəsmən təsdiqləndi. Yayımlanan kadrlarda Naxçıvan qarnizonunda silahların və hərbi texnikanın yay rejiminə keçirilməsi barədə süjet təqdim edilirdi. 300 mm-lik TRG-300 "Kaplan" raketinə malik reaktiv yaylım atəşi sistemləri bu sahəni izləyən audiotoriyanın diqqətini çəkməklə bərabər həm Azərbaycanda, həm işğalçı ölkədə, həm də okeanın o tayında fərqli səpgili məqalələrin dərc edilməsinə səbəb oldu.

Bildiyimiz kimi, Türkiyə son illərdə müdafiə sənayesinə sərmayə yatırımlarını artırmaqda davam edir. Bu sərmayənin nəticələri isə özünü çox gözlətmir. Qısa bir müddət ərzində hazırlanan bir çox sistemlər silahlanmaya qəbul edildikdən sonra Türkiyənin cəlb olunduğu münaqişələrdə döyüş tətbiqi prosesindən keçirilir. Həmin silah sistemlərinin Azərbaycan Ordusunun silahlanmasında yer alması isə artıq bir ənənə halını alıb.

Bu mənada Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən TRG-300 "Kaplan" idarəolunan raketləri də istisna deyil. Bu raketlərin alınması barədə Ordu.az hələ keçən ilin mart ayının son günlərində xəbər vermişdi. Lakin bu günə qədər bu raketlərin hansı zonada yerləşdirilməsi barədə dəqiq və təsdiqlənən məlumatlar mövcud deyildi.

İstehsalçı

Dünya müdafiə sənayesində ön sıralarda yer alan ROKETSAN, TSQ-nin silah və sursatla təchizatında ən vacib əhəmiyyətə və aparıcı mövqeyə malikdir. Bu şirkətin məhsulları Silahlı Qüvvələrimiz tərəfindən istifadə edildiyi və bu barədə mütəmadi olaraq oxucularımızı məlumatlandırdığımız üçün, ROKETSAN-ı Azərbaycan audiotoriyasına xüsusi təqdim etməyə ehtiyac qalmır. Şirkət daim yeni və müasir məhsullarını inkişaf və istehsal etməklə həm Türkiyə daxilində, həm də dünya bazarında "mütləq çəkisini" artırmaqda davam edir. Şirkətin bu sahədə göstərdiyi səylər, Türkiyə Silahlı Qüvvələrinə müasir və texnoloji məhsullara olan tələbatını qarşılamaqda ciddi yardım edir. Bu məhsullardan biri də bizim bu gün araşdırdığımız və hər iki tərəfdaş ölkənin Silahlı Qüvvələrinin döyüş imkanlarına böyük töhfə verən TRG- 300 "Kaplan" raketidir.

"ROKETSAN" şirkəti "Kaplan" raketi ilə bərabər ALKA yönəldilən enerji silah sistemini, ATMACA "yer-yer" idarəolunan raketini, CİDA raketini, CİDA atıcı qurğusunu, mikro peyk daşıma sistemini (MUFS), 120 mm TANOK lazerlə idarə olunan raketini və YATAĞAN® lazerlə idarə olunan miniatür raket sistemini ilk dəfə 9-12 may tarixlərində İstanbulda keçirilən 13-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2019) nümayiş etdirib.

İnkişafı

2010-cu ildə ROKETSAN "yer-yer" tipli 300 mm-lik "idarəolunan raket sisteminin hazırlanmasına başladı. Təxminən 5 ildə konseptual dizayn, ilkin dizayn, dizayn yoxlaması və təsnifatlandırılması üzrə tədqiqatlar tamamlandı. 2015-ci ildə başlayan sınaq atışları 2016-cı ildə də davam etdi və yüksək nəticələr əldə edildi. Bu mərhələlərdən sonra TRG- 300 "Kaplan" raketi 2017-ci ilin əvvəlində TSQ-nin silahlanmasına daxil edildi. İlk partiyada 40 raket, 2 atıcı qurğu və 2 yükləmə maşını orduya təslim edildi.

Konstruksiyası

ROKETSAN şirkətinin istehsal etdiyi 107, 122, 230 və 300 mm-lik idarəolunan və idarəolunmayan raket sistemlərinin, o cümlədən 300 mm-lik "Kaplan" raketlərinin atıcı qurğusu, şirkətin özünəməxsus 6x6 və ya 8x8 təkər formulasına malik, universal özüyeriyən təkərli şassisi üzərində quraşdırılır. Adətən T-300 "Kasırğa" üçün 6x6, TRG-300 "Kaplan" üçün 8x8 təkər formulasına malik taktiki yük maşınlarının şassisindən istifadə edilir. Standart versiyada MAN şirkətinin maşınlarının şassisindən istifadə edilir, lakin onun eyni tipli digər taktiki yük maşınları ilə əvəz edilməsi mümkündür. Azərbaycanın əldə etdiyi TRG-300 raketlərinin atıcı qurğusu 8x8 təkər formulalı KAMAZ-63502 şassisi üzərində yerləşdirilib. Bu şassilərə TSQ üçün istehsal edilən komplekslərdə də rast gəlinir. Həm avtonom, həm də taqım, batareya və ya divizion tərkibində döyüş vəzifələrini yerinə yetirə bilən kompleksin tərkibinə atıcı qurğulardan başqa idarəetmə məntəqəsi və raketlərin daşınma vasitəsi də daxildir. "Kaplan" raketində olduğu kimi, sadalan nəqliyyat vasitələrində istifadə olunan bütün proqram təminatı türk mühəndislərə aiddir.

Raketin uçuşunu idarə edən qanadların qatlana bilməsi daha kiçik daşıyıcı konteyner tələb edir. 300 mm -lik "Kaplan" ( bəzən "K+ silah sistemi" olaraq da adlandırılır ki, bu da "Kasırğa"nın üstün versiyası mənasını daşıya bilər) raketi INS/GPS tuşlama sistemi sayəsində daha sabit bir trayektoriya üzrə uçuş nümayiş etdirir.

"Kaplan" raketi ROKETSAN tərəfindən istehsal olunan "K +" sistemi, T-122/300 YARS və ÇKRA-122/300 ilə inteqrasiya üçün uyğun interfeysə malik olan digər platformalarda da istifadə edilə bilər.

Sistem yüksək texnoloji naviqasiya sistemi sayəsində "at və qaç" taktikasını uğurla tətbiq edir. Digər texnoloji yeniliklərin tətbiqi ekipaj sayını komandir, yükləyici və sürücü olmaqla 3 nəfərə qədər azaltmağa imkan verib.

Təyinatı

"Kaplan" taktiki texniki xüsusiyyətlərinə və döyüş imkanlarına görə, mövcud olan yaxın və orta mənzilli YARS raketləri arasında önəmli bir mövqe tutur. Onun hədəfləri sırasına düşmənin idarəetmə məntəqələri, zirehli texnikaların və şəxsi heyətin toplanma rayonları, artilleriya və HHM sistemlərinin mövqeləri, rabitə və yol qovşaqları, körpülər və digər vacib hədəflər daxildir. Hədəfdən yayınmanın kiçik göstəricisi, ona digər obyektlərə xəsarət yetirmədən vəzifələrini icra etməyə şərait yaradır. Təsdiqlənməyən məlumatlara görə, "Kaplan" raketləri idarəolunmayan "Kasırğa" raketlərinin idarəolunan modifikasiyasıdır.

Raketin növləri

"Kaplan" raketləri Blok I və Blok II versiyalarında istehsal edilir. Raketlərin qəlpəli fuqas və polad qəlpəli başlıqlar ilə təchiz edildiyi məlumdur. Kumulyativ, kumulyativ-qəlpəli, kaset, kimyəvi, termobarik və s. tipli başlıqlardan istifadəsi də mümkün ola bilər, lakin bu barədə istehsalçının və istifadəçilərin heç bir rəsmi məlumatına rast gəlinmir. Ümumiyyətlə, hər bir yeni texnologiyada olduğu kimi, burada da raketin konstruksiyası, tətbiq edilən yeni texnologiyalar, əldə olunan xüsusiyyətlərin əsaslandırılması və s. haqqında məlumatlar hələlik dərc edilmir.

Raket hədəflərə qarşı güclü və təsirli sıx atəş açmaq qabiliyyətinə malikdir. Raket üstün texniki xüsusiyyətləri sayəsində manevr edən hissə və birliklərə mükəmməl atəş dəstəyini təmin edir. Qəlpəli fuqas və ya polad əsaslı normal döyüş başlığından istifadə edən raketdə ROKETSAN tərəfindən hazırlanan elektromexaniki yanaşma modulundan istifadə edilir. Bu modul MIL-STD-331 və MIL-STD-1316 hərbi standartlarına uyğun olaraq istehsal edilir. Polad döyüş başlığı 30 metrdən çox, qəlpəli fuqas döyüş başlığı isə 20 metrdən çox radiusda tam məhvetməni təmin edir. 70 metr radiusa qədər qəlpələr insan həyatına son qoya bilər.

Taktiki-Texniki Xüsusiyyətləri

Blok I

Atəş məsafəsi: 30-120 km;
Raketin ümumi kütləsi: 585 kq;
Döyüş başlığının kütləsi: 105 kq;
İdarəetməsi: INS/GPS (qlobal yerləşdirmə/ətalətli naviqasiya) və peyk;
Yanacaq növü: kompozit qatı yanacaq;
Döyüş başlığı: polad və qəlpəli fuqas;
Məhvetmə radiusu:
Polad döyüş başlığı ilə 30 metrdən çox;
Qəlpəli fuqas döyüş başlığı isə 20 metrdən çox;
Raketin təsir rasiusu: 70 m;
Hədəfdən yayınma ehtimalı: 50 metr (şirkətin və TSQ-nin sınaqlarında 10 metrlik yayınma qeydə alınıb).
Bir ədəd idarəetmə maşını 9 atıcı qurğuya hədəf təyin edə bilir.

Blok II

Atəş məsafəsi: 20-90 km;
Raketin ümumi kütləsi: 670 kq;
Döyüş başlığının kütləsi: 190 kq;

Hər iki versiyanın taktiki texniki xüsusiyyətlərini araşdırdıqda, Blok II versiyasının sələfi Blok I-dən əsas fərqinin ondan təxminən iki dəfə daha ağır (105 kq əvəzinə 150 kq) döyüş başlığı daşımasından və bu səbəbdən həm raketin ümumi kütləsinin (585 kq-dan 670 kq-a qədər), həm də atəş diapazonunun qismən azalmasından (30-120 km-dən 20-90 km-ə qədər) ibarətdir. Bu raketlərin məsafəyə və atəş gücünə görə fərqli versiyalarda istehsalı, müxtəlif intervalda yerləşən düşmən hədəflərinə xarakter və mühafizəsinə görə daha təsirli raket zərbəsini təmin etmək məqsədi daşıyır.

Üstün cəhətləri

- Geniş diapazonlu uzaq atəş məsafəsi;
- İlkin hazırlıq olmadan atəş açılması;
- İstənilən hava şəraitində, gecə və gündüz istifadə;
- GPS/INS idarəetməsi sayəsində yüksək dəqiqlik;
- Təsirli zərbə imkanı;
- Daim atəşə hazırlıq;
- Qısa müddətdə atəş mövqeyini tərk etməsi;
- Avtonom və ya bölmə tərkibində tətbiq;
- REM vasitələrinin fəaliyyətinə qarşı davamlı sabitlik;
- Hədəfdən yayınma zamanı raketin özünü məhv etməsi və s.

Döyüş tətbiqi və ixracı

Kifayət qədər yeni olan TRG-300 "Kaplan" reaktiv yaylım atəşli sistemi artıq döyüş əməliyyatlarında tətbiq edilib. Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında apardığı hərbi əməliyyatlarda bu sistemləri uğurla tətbiq edib. Bu ilin əvvəllində Türkiyə ordusu bir neçə dəfə "Kaplan" raketlərindən endirilən zərbələrlə Suriya ordusunun mövqelərini darmadağın edib. Fevral ayında Suriyada baş verən xain hücumda 33 türk əsgərinin şəhid olmasından sonra Türkiyə Silahlı Qüvvələri rejim qüvvələrinə cavab atəşi açdı. TSQ bir neçə hərbi obyekti, o cümlədən Həma şəhərinin şərqindəki Jurin aviabazasını məhv etməklə Əsəd qüvvələrinə sarsıdıcı zərbə endirdi. Bu hücumda digər vasitələrlə bərabər TRG-300 "Kaplan" və BORA raketləri bir daha öz yüksək imkanlarını numayiş etdirdi.

Bu raketlərin digər ölkələrə ixracı barədə rəsmi məlumatlar mövcud deyil. Başqa sözlə TRG-300 "Kaplan" reaktiv yaylım atəşli sisteminin ilk xarici ixracatçısı, Türkiyədən ən çox silah əldə edən Azərbaycandır. Lakin bu komplekslərlə Bəhreyn, Qətər, Malayziya, Qazaxıstan, Küveyt, Makedoniya və Pakistan da maraqlanır.

Xatırladaq ki, 2019-cu ilin ilk rübündə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) tədqiqatçısı Piter Vezeman tərəfindən təqdim edilən hesabata görə Türkiyədən ən çox silah ixrac edən Azərbaycan Ankaradan son illərdə 107, 122 və 300 mm çapa malik 100-ə qədər YARS, 108 ədəd TRG-300 "Kaplan" raketi və 25 ədəd SOM raketi əldə edib. Digər mənbələrdə etibarlı məlumat olmadığına görə bu rəqəmlərə və mövcud olan görüntülərə əsaslanırıq.

Nəticə

Azərbaycan daha əvvəl də Türkiyədən eyni şassiyə, lakin idarəolunmayan 300 mm-lik "Kasırğa" reaktiv yaylım atəşi sistemləri əldə edib. Bu sistemlərin bir qismi İsrailin LORA OTRK və Rusiyanın "Smerç" YARS-ları ilə birlikdə Naxçıvan zonasında yerləşdirib. Türkiyənin SOM qanadlı raketlərinin də bu ərazidə yerləşdirilməsi istisna deyil, halbuki bu raketlərin 250 km atəş məsafəsi onların digər ərazilərdən buruaxılmasına imkan verir. "Kaplan" raketlərinin Əlahiddə Ümumqoşun Ordusunun silahlanmasına daxil edilməsi həm Naxçıvanın müdafiə qabiliyyətinin, həm də Ermənistanın vacib hərbi obyektlərinə nəzarətin gücləndirilməsinə imkan verir. Naxçıvanda yerləşdirilən raketlərin Blok I və ya Blok II versiyasına aid olduğu barədə məlumatlar açıq mənbələrdə mövcud deyil, lakin onların hər ikisi Ermənistan paytaxtı da daxil olmaqla, işğalçı ölkənin ərazisindəki istənilən strateji hədəflərə birbaşa raket zərbəsi endirməyə imkan verir. Təbii ki, digər reaktiv yaylım atəşli artilleriya sistemləri də bu imkanı təmin edir, lakin "Kaplan" Türkiyənin ən son idarəolunan raketləri olaraq, öz dəqiqliyi ilə atəş vəzifələrinin daha yüksək həssaslıqla yerinə yetirilməsini təmin edir. Bu sinifdən olan idarəolunan YARS-ların az sayda ölkə tərəfindən istehsal edilməsi ROKETSAN məhsuluna geniş ixrac potensialı vəd edir.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun həm Ermənistan Silahlı Qüvvələrinin ehtiyatlarının yerləşdiyi daimi dislokasiya məntəqələrini, həm vacib hərbi obyektlərini, həm də təchizat və təminatın həyata keçiriləcəyi yeni dəhliz və yol qovşaqlarını nəzarətdə saxlaya biləcək uzaqmənzilli artilleriya sistemləri ilə təmin edilməsi məntiqə uyğundur. Düşünürəm ki, Azərbaycan strateji əhəmiyyətli Naxçıvan bölgəsində özünün hərbi iştirakını artırmaqda, Əlahiddə Ümumqoşun Ordusunu ən yeni, dağıdıcı və yüksək dəqiqlikli silah sistemləri ilə təchiz etməkdə davam etməlidir. Əldə edilən silahların atəşkəs rejimindən cəsarətlənən işğalçı ölkənin hərbi obyektləri üzərində ən qısa müddətdə döyüş sınaqlarının həyata keçirilməsi isə artıq həm ordumuz, həm də ictimaiyyət üçün həyati zərurətə çevrilib.

Bu baxımdan Azərbaycanın Naxçıvanda yüksək dəqiqlikli yeni raket sistemləri yerləşdirməsi təsadüfi deyil. Real vəziyyətdə işğal olunan ərazilərin Ermənistan rəhbərliyi tərəfindən daxili ərazilər kimi tanınması, qondarma qurumda “seçkilər”in keçirməsinə dəstək verməsi, orada uzunmüddətli perspektiv inkişafa yönələn infrastuktur layihələrinin həyata keçirilməsi, həmsədr ölkələr və işğalçı ölkə rəhbərliyinin verdikləri bəyanatların bir-birinə uyğun gəlməməsi, bəzən isə hətta zidd olması, faktiki olaraq danışıqlar prosesini iflic edib. 30 illik danışıqlar prosesinin nəticə verməməsi və bu azmış kimi, Ermənistan rəhbərliyinin münaqişənin həllində yalnız paket həll barəsində müzakirə apara biləcəklərini rəsmən bəyan etməsi, qondarma qurumda “inaqurasiya” mərasimi keçirməsi, “məkəz”in dəyişdirilməsi kimi təhrikedici addımlar atması, həm cəmiyyətimizdə, həm də ölkə rəhbərliyində danışıqlar prosesinin nəticə verməyəcəyinə dair şübhələri artırıb. Başqa sözlə desək, Ermənistan rəhbərliyi Azərbaycanı işğal altında olan ərazilərini güc yolu ilə azad etməyə məcbur edir. Deməli geniş miqyaslı hərbi əməliyyatların aparılması labuddür. Bunun üçün isə Azərbaycanda həm siyasi əsaslar, həm də hərbi və iqtisadi imkanlar mövcuddur.

Mənbələr

https://ordu.az/az/news/165396/azerbaycan-naxcivanda-yuksek-deqiqlikli-yeni-raket-sistemleri-yerlesdirib
https://ordu.az/az/news/148625/turkiyeden-37-eded--sorland-tedaruku-%7C-o,-bir-vaxtlar-nuve-silahlarini-musayiet-edirdi-arasdirma-ekspert
https://ordu.az/az/news/148275/azerbaycan-turkiyeden-en-cox-silah-alan-olkedir-aldigimiz-mehsullar-hansilardir-
http://www.millisavunma.com/roketsan-trg-300-kaplan-fuzesi/
https://www.defenceturk.net/trg-300-kaplan-fuzesi
https://www.savunmasanayist.com/trg-300-kaplan-fuzesi-nahcivanda-goruntulendi/
https://www.youtube.com/watch?v=Svy28NpSsOY
https://www.roketsan.com.tr/urun/trg-300-kaplan-fuzesi/
https://www.roketsan.com.tr/wp-content/uploads/2018/06/TAPA-Flayer-TR.pdf
https://jamestown.org/program/turkeys-heavy-tiger-rocket-spotted-in-azerbaijans-nakhchivan-exclave/

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Azərbaycan   Kaplan  

Naxçıvanda yüksək dəqiqlikli yeni raket sistemləri - TRG-300 "Kaplan" (ARAŞDIRMA)

2020/05/3-1590058586.jpg
Oxunub: 4867     16:39     21 May 2020    