Ordu.az xəbər verir ki, bu barədə məlumat Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən yayılıb.
Məlumata görə, Ermənistan və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Strateji Planlaşdırma İdarəsinin nümayəndələri 16-18 aprel tarixlərində Moskvada Strateji Planlaşdırma məsələləri üzrə işgüzar görüşdə iştirak etmək üçün Moskvaya gediblər.
Həmçinin Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri 16-19 aprel tarixlərində Moskvada keçirilən KTMT-nin Hərbi-İqtisadi Əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyasının sədri nəzdindəki hərbi-iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun iclasında da iştirak edirlər.
Alpər Mövludoğlu
Ordu.az