Meğri hadisələrinə görə hərbi qulluqçulara qarşı ittiham irəli sürülüb - DETALLAR

2019/04/56756-1555410034.jpg
Oxunub: 584     14:21     16 Aprel 2019    
Ermənistanın Meğri şəhərindəki hərbi hissədə baş verən intizamsızlığa və qanun pozuntusuna görə açılan cinayət işi çərçivəsində prokurorun göstərişi ilə bir sıra hərbi qulluqçulara qarşı ittiham irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə “Pastinfo” xəbər portalına Ermənistan prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arevik Xaçatryan bildirib.

Qeyd olunub ki, bir qrup şəxs tərəfindən hərbi xidmətdən və ya onun ayrı-ayrı məqamlarını yerinə yetirməkdən hərbi qulluqçuların yayınması və faktiki olaraq bu vəzifələrin dayandırılması maddələri üzrə araşdırma aparılır.

Bu fakta görə onların intizam taborunda 1-3 il müddətinə saxlanılması və ya 1-5 il azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, martın 23-də komandirin qanuni tələbinin əsas hissəsini yerinə yetirməklə bağlı erməni hərbi qulluqçular üsyan edib. Belə ki, onlarla hərbi qulluqçu "oğru aləmi"nin qaydaları ilə qüvvədə olan qaydalara qarşı dirənməyə cəhd edib.

Həmin vaxt Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan bildirib ki, Meğridəki hərbi hissələrdən birində intizamsızlıq və qayda pozuntusu qeydə alınıb. Onun sözlərinə görə, bəzi əsgərlər sərhədyanı hərbi hissələrə, ön xəttə köçürülüb, zabitlərdən bir neçəsi isə vəzifəsindən azad edilib.

Məlum olub ki, qeyd edilən faktla əlaqədar martın 23-də prokurorluq tərəfindən iki cinayət işi açılıb. Cinayət işlərindən biri, bir qrup şəxs tərəfindən hərbi xidmətdən və ya onun ayrı-ayrı məqamlarını yerinə yetirməkdən hərbi qulluqçunun yayınması, faktiki olaraq bu vəzifələrin dayandırılması, ikincisi isə rəis və ya vəzifəli şəxs tərəfindən hakimiyyət, yaxud rəsmi mövqeyindən sui-istifadə etmə, hakimiyyət səlahiyyətlərindən istifadə etməmə, yaxud rəsmi səlahiyyət həddini aşma maddələri olmaqla araşdırma aparılır.

Cinayət işi Ermənistan İstintaq Komitəsinə ilkin araşdırmaya göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Üsyan   Meğri  

Meğri hadisələrinə görə hərbi qulluqçulara qarşı ittiham irəli sürülüb - DETALLAR

2019/04/56756-1555410034.jpg
Oxunub: 585     14:21     16 Aprel 2019    