Paşinyan Sarkisyanın yolu ilə gedir: “Yerkrapah” hansı məqsədə qulluq edəcək?

2019/04/01-51-1555402884.jpg
Oxunub: 1185     16:17     16 Aprel 2019    
Son vaxtlarda baş verən bir çox hadisələr Ermənistanda hakimiyyət daxilində dəyişikliklərin edilməsinə və gücün kristallaşmasına sübutdur. “Yerkrapah” hərbi təşkilatının sonuncu qurultayı əlamətdar simvol hesab edilə bilər.

Ermənistan hökuməti, Baş nazir Nikol Paşinyan əslində Sasun Mikaelyanı “Yerkrapah”ın sədri seçərək ələ keçirdi.

Demək olar ki, Paşinyan “Yerkrapah”ı köhnə hakimiyyət kimi eyni məqsədlərə və eyni problemlərin həllinə istifadə edəcək. “Yeni Ermənistan” inqilab elan etdiyi qanunlarla və qanun çərçivəsində yaşasaydı, “Yerkrapah” indiki görünüşü ilə ləğv edilməli idi. Lakin Paşinyan hakimiyyəti əks yola əl atdı.

Beləliklə, “Yekrapah” hakimiyyət tərəfindən zərurət olduğu və vəziyyətə uyğun istifadə ediləcək, Paşinyanın güc mərkəzlərindən birinə çevrildi. Demək olar ki, həmin günlərdə hakimiyyət represiya üsulları ilə Ermənistanın ən böyük şirkətlərindən biri olan “Spayka”ya qarşı proseslərə başladı, şirkətin sahibkarı və direktoru həbs edildi.

Paşinyan ictimai şəkildə “Çiçəklənən Ermənistan” partiyasını hakimiyyətə qarşı təxribata cəhddə ittiham etdikdən sonra Dövlət Gəlirləri komitəsi, həmçinin “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyana aid olan “Arinc Mall”da və qaz doldurma məntəqəsində yoxlamalara başlandı.

Bu və ya qeyd edilməyən bir sıra digər hadisələr onu göstərir ki, Ermənistanın yeni hakimiyyəti öz hakimiyyətini qorumaq üçün yaranan problemlərin həllində köhnə hakimiyyətin əl atdığı üsullardan əl çəkmir. Lakin yeni və köhnə hakimiyyət arsında prinsipial fərq var.

Koçaryan və Sarkisyan hakimiyyətinin Ermənistanda legitimliyi yox idi, buna görə də hakimiyyəti qorumaq məqsədilə siyasi rəqiblərini susdurmaq üçün vergi və güc strukturu “Yerkrapah”ın xidmətlərindən istifadə etməyə məcbur idi. 20 ildən artıqdır ki, Ermənistan keçmiş hakimiyyətin müəyyən etdiyi oyun qaydaları, üsullarla və onların yaratdığı sistemlə idarə edilib. Yeni Paşinyan hakimiyyətinin qarşısında duran vəzifə isə köhnə üsul-idaretməni yenisi ilə əvəz edilməsi, köhnə hakimiyyətin kölgə iqtisadiyyatı qurumlarını əvəz edəcək həyat qabiliyyətli sistem qurulması olmalı idi.

Nəticədə dövlət idaretmə sistemində ümumiyyətlə iqtidar fəaliyyəti keçmiş hakimiyyətdə olduğu kimi qalır. Yəni qərarların qəbul olunmasında, əks tərəf və qarşılıqlı susdurma olmadan bir şəxs mexanizmi qüvvədə qalmaqda davam edir.

Faktiki olaraq bu gün Ermənistanda demək olar bütün qərarlar Nikol Paşinyan tərəfindən qəbul edilir. Ermənistan parlamenti, digər ictimai idarəetmə üzrə alt qurumlar praktikada nəzarət və balans funksiyasını icra etmir. Nəticədə, vəzifəli şəxs Nikol Paşinyan dövlət idaretmə sisteminə yox, əksinə dövlət idaretmə sistemi Paşinyana xidmət edir.

Bu həddindən artıq təhlükəli vəziyyətdir. Ona görə ki, dövlət idaretmə sistemi faktiki olaraq şəxsin iradəsinə tabedir, lakin əksinə olmalıydı. Dövlət idaretmə sistemi elə bir məntiqlə yaradılmalıydı ki, orada şəxslər, o cümlədən Paşinyan sistemin daxili qaydalarına və qanunlarına tabe olaydı.

Beləliklə, Nikol Paşinyan hakimiyyəti artıq bir il ərzində əvvəlkilərdən fərqli bir sistem yaratmayıb, əksinə özü keçmiş sistemə və mühitə uyğunlaşıb. O, illərdir tənqid etdiyi və ona qarşı mübarizə nəticəsində hakimiyyətə gəldiyi sistemə uyğunlaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Sarkisyan  

Paşinyan Sarkisyanın yolu ilə gedir: “Yerkrapah” hansı məqsədə qulluq edəcək?

2019/04/01-51-1555402884.jpg
Oxunub: 1186     16:17     16 Aprel 2019    